• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

56 623 zəng cavablandırılıb -  Firad Rəsulov

CƏMİYYƏT

28 Iyun 2024 | 11:40

56 623 zəng cavablandırılıb -  Firad Rəsulov

“Çağrı Mərkəzi 2023-cü il dekabrın 11-dən fəaliyyət göstərir”. 

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günündə  TƏBİB-in Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov deyib.

Onun sözlərinə görə, bütün Azərbaycan Respublikasının ərazisindən xidmətlə əlaqə saxlamaq mümkündür.

F.Rəsulov qeyd edib ki, 2024-cü ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 623 zəng cavablandırılıb.
 
O bildirib ki, vətəndaşların müraciətləri, əsasən, işə qəbul qaydaları, arayışların verilməsi, icbari tibbi sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlər və digər məsələlərlə bağlı olub:

“Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Iyun 2024