• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu şəxslərə dənizə girmək tövsiyyə olunmur

CƏMİYYƏT

28 Iyun 2024 | 11:15

Bu şəxslərə dənizə girmək tövsiyyə olunmur

 “Dənizlə təmasın ilk dəqiqələrində səth damarlar daralır və qan daxili orqanlara axır. Sonra ilk üşümə istilik hissi ilə əvəz olunur, nəfəs dərinləşir, ürək döyüntüsü sürətlənir. Qan damarları üçün belə gimnastika yaxşı sağlamlıq prosedurudur”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, dənizdə hərəkət etmək quruda hərəkət etməkdən daha çətin olur:

“Bu da əzələlərin  hidromasajına, yəni su ilə masajına səbəb olur. Uşaqlarda çimmək üçün minimum temperatur +22°C olmalıdır (2-3 yaşlı uşaqlar üçün +24°C). Suda qalma və ya üzməyi bacaran uşaqlarda üzmə müddəti 2-3 dəqiqədən 10 dəqiqəyə qədərdir. 30 dəqiqəlik fasilə ilə bir neçə seansda üzmək daha yaxşıdır”. 

Nuranə Hüseynova dəniz suyunun tərkibində yorğunluğu və əsəbiliyi aradan qaldırmağa kömək edən brom duzlarının olduğunu bildirib: 

“Dəniz suyunun verdiyi duz “möhkəmləndirici” tənəffüs, sinir, həzm, dayaq-hərəkət, ürək-damar, endokrin sistemlər və dəri xəstəlikləri üçün faydalıdır. Yod isə qalxanabənzər vəzinin düzgün işləməsi üçün lazımdır, narahatlığı azaldır”. 

Pediatr bildirib ki, bir çox xəstəliklər zamanı dənizə girmək tövsiyə olunmur: “Bunlara bədəndə yod həddindən artıq olanlar, ürək-damar xəstəlikləri, xərçəng və yoluxucu xəstəliklərdən əziyyət çəkənlər üçün, dəridə açıq yaralar, xoraları olanlara, yaxın keçmişdə insult keçirənlərə, vərəm xəstələrinə və s aiddir. Epilepsiya, yəni qıcolmalı xəstələr mütləq nəzarət altında suya girməlidilər. Çünki onlarda suda qıcolma tutması müşahidə olarsa ən pis nəticəni, boğulma və ölüm baş verə bilər”.


SON XƏBƏRLƏR

29 Iyun 2024