• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“D-vitamini bu saatlarda qəbul olunmalıdır” - Nuranə Hüseynova

CƏMİYYƏT

28 Iyun 2024 | 11:51

“D-vitamini bu saatlarda qəbul olunmalıdır” - Nuranə Hüseynova

“D-vitamini çox yaxşı olar ki, günün səhər və ya günorta saatlarında və mütləq yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul olunsun”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, D vitamini müəyyən qədər oyanıqlıq, aktivlik yaradır və yuxu rejiminin pozulmaması üçün səhər saatlarında qəbul edilməsi tövsiyə olunur:

“Düzgün seçilən saatlarda günəşlənmək, təmiz dəniz və qum vannası uşaqların qışda xəstələnməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. Yayda təbiətin verdiyi sərvətlərdən düzgün yararlanmaqla uşaqları qışa hazırlamaq lazımdır”.


SON XƏBƏRLƏR

29 Iyun 2024