• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Quru sərhədlər açılacaq və... - AÇIQLAMA

CƏMİYYƏT

28 Iyun 2024 | 10:37

Quru sərhədlər açılacaq və... - AÇIQLAMA

Məlumdur ki, koronovirus pandemiyasına görə 2020-ci il martın 31-dən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb. Bu isə o deməkdir ki, quru sərhədlər oktyabr ayına kimi bağlı qalacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, dünyanın bir çox ölkələri quru sərhədlərini açsa da, Azərbaycanın sərhədlərinin hələ də bağlı olması ilə bağlı müxtəlif müzakirələr gedir. Bəzi mütəxəssislərə görə, quru sərhədlərin bağlı olması iqtisadi inkişafa əngəl törədir.

Maraqlıdır ki, bu yanaşma nə dərəcədə doğrudur?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mövcud təhlükəsizlik və eyni zamanda epidemioloji gigiyenik tələblər fonunda hazırda quru sərhədlərinin açıq olması məqsədəuyğun deyil.

Onun sözlərinə görə, alternativ yollar quru sərhədlərinin vura biləcəyi zərərləri kompensasiya etməyə imkan verir:

"Ölkə iqtisadiyyatının inkişafı üçün quru, hava və su sərhədlərinin açıq olması daha əlverişlidir. Bunu Azərbaycan hökuməti də bilir. Sadəcə müəyyən tələblərdən dolayı hazırda quru sərhədləri bağlıdır. Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, hava və su sərhədləri fəaliyyət göstərir. Bu, iqtisadi münasibətlərin davam etməsi üçün kifayət qədər yetərlidir. Çünki müasir dövrümüzdə iqtisadi əməkdaşlıqlar daha çox hava və su yolu ilə davam edir. Bu baxımdan quru sərhədlərin bağlı olması milli iqtisadiyyatın inkişafına elə də ciddi mane törətmir".

Vüqar Oruc: Quru sərhədlərin müəyyən müddətlik bağlı qalması daha doğru addımdır

Vüqar Oruc hesab edir ki, ölkənin təhlükəsizliyinin qorunması üçün quru sərhədlərinin müəyyən müddətlik bağlı qalması daha doğru addımdır.

"Müəyyən dövrdən sonra quru sərhədlərinin açılması barədə qərar qəbul olunacaq və müvafiq addımlar atılacaq",  - Vüqar Oruc vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024