• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bayden-Tramp debatı baş tutdu: Qarşılıqlı ittihamlar qəbul edilmədi

SİYASƏT

28 Iyun 2024 | 11:21

Bayden-Tramp debatı baş tutdu: Qarşılıqlı ittihamlar qəbul edilmədi

ABŞ prezidenti Co Bayden və onun Respublikaçı rəqibi, keçmiş prezident Donald Tramp 2020-ci il ABŞ prezident seçkilərindən sonra ilk dəfə televiziya duelində üz-üzə gəlib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, ABŞ-də yayımlanan tarixi yayımda tərəflər bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirib.

Debatda Tramp ABŞ prezidenti Co Baydenin Amerikanı üçüncü dünya müharibəsinə sürüklədiyini bildirib:

"Üçüncü Dünya Müharibəsinə təsəvvür etdiyinizdən də çox yaxınıq. Bayden bizi III Dünya Müharibəsinə sürükləyir. Şimali Koreya lideri Kim Çen In, Çin lideri Xi və Rusiya prezidenti Putin də daxil olmaqla, heç kim Baydenə hörmət etmir və ondan qorxmur".

Trampın vəzifədən getdiyi zaman Amerika iqtisadiyyatını xaos içində tərk etdiyini bildirən Bayden ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün mübarizə apardığını bildirib:

"O gedəndə vəziyyət xaos içində idi. Hər şey xaos içində idi. Biz hər şeyi qaydasına saldıq".

Bayden və Tramp debat proqramının sonunda əl sıxmayıblar.

Debat proqramının qalibi kimi səhnəyə dəvət edilən Bayden Trampın proqram boyu yalan danışdığını iddia edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024