• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dəridə yaralar varsa, dəniz duzu onları zədələyə bilər

CƏMİYYƏT

28 Iyun 2024 | 11:11

Dəridə yaralar varsa, dəniz duzu onları zədələyə bilər

“Dəniz suyunun müalicəvi xüsusiyyətləri, suyun kimyəvi tərkibi qanın və insan orqanizminin hüceyrələrarası mayesinin tərkibinə yaxındır. Natrium, xlor, maqnezium, kalium, brom, yod ionları bədənə nüfuz edərək bütün sistemlərin işinə müsbət təsir göstərir. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Pediatrın sözlərinə görə, dənizdə üzdükdən sonra bədəndə sinir uclarına uzun müddət təsir edən və sakitləşdirici təsir göstərən "duz paltarı" əmələ gəlir: 

“Əgər uşağın dərisini dəniz suyu  qıcıqlandırmırsa, duzu yumağa tələsməyin. Bunların təsiri əslində dənizdən çıxdıqdan sonra təxminən 20-30 dəqiqə davam edir. Digər tərəfdən, bədən hüceyrələri üzgüçülük zamanı toksinlər buraxır. Bu da qısa zamandan sonra  yaxşı şəkildə yuyunmanı tələb edir. Dəridə xoralar və yaralar varsa, dəniz duzu onları daha da zədələyə bilər, dəri xəstəliyinə - dermatoza səbəb ola bilər”. 

N.Hüseynova sonda valideynlərə övladlarını sudan çıxandan 20-30 dəqiqə sonra yaxşıca yuyundurmağı tövsiyə edib.


SON XƏBƏRLƏR

29 Iyun 2024