• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürüldü

HADİSƏ

28 Iyun 2024 | 09:52

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürüldü

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaur Rəcəbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilən və çəkisi 35 kiloqram olan 53 ədəd çətənə kolu aşkarlanıb. Z.Rəcəbov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən müvafiq sənədləri olmayan 25 ədəd ov tüfəngi götürülüb.


SON XƏBƏRLƏR

29 Iyun 2024