• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Günvurmanın olmaması üçün bunlara əməl etməliyik

CƏMİYYƏT

28 Iyun 2024 | 11:35

Günvurmanın olmaması üçün bunlara əməl etməliyik

“Günvurma günəş şüalarının uzun müddət insanın başına, bir başa təması səbəbindən meydana gəlir”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir:

“Qan və limfa damarları genişlənir. Bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Həssaslıq və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər”.

Pediatr qeyd edib ki, bunun əlamətlərinə ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, təngnəfəslik, nəbzin tezləşməsi, burun qanaması, qısamüddətli huşu itirmə, ürək bulanması və s. aiddir: 

“Belə olan halda xəstəni kölgəyə və ya sərin bir otağa gətirin, baş və ayaqları qaldıraraq uzadın. Xəstəni rahatlaşdırmaq üçün boynunun və ayaq biləyinin altına bir şey qoyun. Eyni zamanda, sərin su verin, hər hansı bir parçanı su ilə nəmləndirin və sinəsinə sürtün. Huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masaj edin”. 

N.Hüseynova vurğulayıb ki, günvurma zamanı şəxsin vəziyyəti ağırlaşarsa, onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın: 

“Belə halların yaranmaması üçün olan ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər uşaqları, həmçinin böyüklər özləri də  günəş işığında çıxmamalarıdır”.


SON XƏBƏRLƏR

29 Iyun 2024