• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

BDU-nun "Məzun günü" keçirildi -FOTO

CƏMİYYƏT

28 Iyun 2024 | 11:09

BDU-nun Məzun günü keçirildi -FOTO

İyunun 27-də Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Məzun Günü Milli Gimnastika Arenasında baş tutub.

Tədbir Dövlət himninin səsləndirilməsi və  torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılması ilə başlayıb.

Rektor Elçin Babayev müəllimlərə və valideynlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıb:

"105 ildir Bakı Dövlət Universiteti fəaliyyət göstərir. Azərbaycanın ən qədim universitetinin əziz məzunları, sizin gələcək uğurlarınız eyni zamanda bizim də uğurumuzdur. Unutmayın ki, sizin ən böyük uğurlarınızdan biri BDU məzunu olmaqdır”.

E.Babayev Vətən müharibəsində və sonrakı proseslərdə tələbələrin iştirakından danışıb: “Rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edib. Onların arasında bizim məzunlarımız da var. BDU məzunları müharibədən sonra da işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə qoşulub, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə kömək ediblər.

Tədbidə çıxış edən digər natiqlər də məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Tədbirin özəl qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Məzunlara təbriklərini çatdıran Alper Gezeravcı BDU məzunlarının özəl gününü təbrik etməkdən məmnunluğunu bildirib:

"Həyatınızda böyük iz buraxacaq anı yaşayırsız. Əminəm həyatda bacarmaq istədiyiniz hədəflərə universitet təhsili sayəsində nail olacaqsız. Bundan sonrakı karyeranızda sizə uğur olsun!". 

Tədbirdə BDU-nun Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzununa sertifikat və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki,  bu il 5000-dən çox tələbə məzun olub.


SON XƏBƏRLƏR

29 Iyun 2024