• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bu şəxslərə xüsusi təqaüd veriləcək

GÜNDƏM

28 Iyun 2024 | 09:44

Azərbaycanda bu şəxslərə xüsusi təqaüd veriləcək

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026