• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Arazdəyənin üzərində Bayrağımız DALĞALANIR - FOTO

GÜNDƏM

26 Iyul 2024 | 21:39 | Müəllif: Subhan Mahmudov

Arazdəyənin üzərində Bayrağımız DALĞALANIR - FOTO

Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat və fotonu erməni vəkil Raffi Aslanyan paylaşıb.

O iddia edib ki, ərazinin yaxınlığında əvvəllər erməni hərbi hissəsi yerləşib. Oradan Azərbaycanın Sədərək şəhərini, Naxçıvandan Türkiyə ilə sərhəd-keçid məntəqəsinə gedən yolu adi gözlə izləmək mümkün idi.

Aslanyanın iddiasına görə, hazırda orada Azərbaycan Ordusu yerləşib.

Sözügedən yüksəklik Arazdəyəndən İrana gedən yola tam nəzarət imkanı verir.

Qeyd edək ki, Azərbaycan Ordusu və DSX yalnız öz ərazisində, öz strateji mövqeyindədir. Əgər orada yeni sərhəd postu yaradılıbsa, bunun ermənilərə heç bir aidiyyəti yoxdur./axar.az


Arazdəyənin üzərində Bayrağımız DALĞALANIR - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026