• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Köməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLAR

HADİSƏ

28 Iyun 2024 | 10:40

Köməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLAR

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən bəzi ərazilərin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib. Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

 


Köməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLARKöməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLARKöməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLARKöməksiz qalan vətəndaşlar təxliyə edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026