• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“Gələn şikayətlərin anında cavablanlandırılması mümkün deyil

CƏMİYYƏT

28 Iyun 2024 | 10:48

“Gələn şikayətlərin anında cavablanlandırılması mümkün deyil”

“TƏBİB-in çağrı mərkəzinə gələn şikayətlərin anında cavablanlandırılması mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözlər TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günündə bildirilib.

Qeyd olunub ki, TƏBİB-ə olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:

“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

Bildirilib ki, gün ərzində 800-ə yaxın müraciət daxil olur.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Iyun 2024