• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“İstənilən dövlət və xalq üçün seçkilər önəmlidir, amma...” - Partiya sədri

SİYASƏT

28 Iyun 2024 | 10:26

“İstənilən dövlət və xalq üçün seçkilər önəmlidir, amma...” - Partiya sədri

"Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi real vəziyyətə uyğun olaraq qəbul edilib".

Bunu Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib.

A.Nağı hakim Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı təşəbbüsünü müsbət dəyərləndirib.

Onun sözlərinə görə, Milli Məclis üzvləri də bir nəfər istisna olmaqla bu qərarı yekdilliklə dəstəklədi və Prezidentə müraciət etdilər:

“Konstitusiya Məhkəməsi də Milli Məclisin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxdı və müsbət qərarını verdi. Biz də partiya olaraq parlamentə növbədənkənar seçkini dəstəkləyirik. Bu addımın Azərbaycanın dövlətçilik maraqlarına cavab verən məsələ olduğunu düşünürük”.

Müsahibimiz qeyd edib ki, COP29 tədbirində çoxsaylı xarici qonaqlar, yüksək səviyyəli rəsmilər, dövlət rəhbərləri iştirak edəcəklər. Dünya əhəmiyyətli bir tədbirin məhz noyabr ayında Azərbaycanda keçirilməsi həmin ayda digər tədbirlərin baş tutmasını imkansız edirdi. Ona görə də seçkilərin 2 ay qabağa çəkilməsi tam normaldır.

“Düzdür, istənilən dövlət və xalq üçün seçkilər önəmlidir, amma mühüm beynəlxalq məsələləri də nəzərə almaq vacibdir. AVP növbədənkənar seçkilərə tam hazırdır. Biz artıq ikinci ildir ki, partiya kimi fəaliyyət göstəririk. İlk gündən elan etmişik ki, hədəfimiz parlamentdə təmsil olunmaqdır. Hazırlıqlarımız davam edir, hələ prezident seçkisi dövründə yaratdığımız seçki qərargahı bu gün də fəaliyyətini göstərir. Seçki günü rəsmən elan olunandan sonra konkret müəyyən edəcəyik ki, hansı dairələrdən kimlərin namizədliyini irəli sürəcəyik", - deyə Akif Nağı vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Iyun 2024