• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu tarixdə başlayacaq

DÜNYA

24 Iyun 2024 | 16:09

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu tarixdə başlayacaq

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlama tarixi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “X” sosial şəbəkəsindəki səhifəsində bildirib .

Məlumata görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar iyunun 25-də başlayacaq.

Nazir həmçinin Aİ-nin yeni sanksiyalar paketini və Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi üçün tədbirləri alqışlayıb.

Diplomat Kiyevlə danışıqlara başlamaq qərarına görə assosiasiyaya üzv ölkələrə təşəkkür edib və hərbi yardımın çatdırılmasını sürətləndirməyə çağırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR