• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Çin Aİ-dən tarifləri ləğv etməyi tələb edir

İQTİSADİYYAT

24 Iyun 2024 | 11:45

Çin Aİ-dən tarifləri ləğv etməyi tələb edir

Çin Avropa İttifaqından elektrikli avtomobil idxalına tətbiq edəcəyi gömrük rüsumlarını ləğv etməyi tələb edib.

Bakıvaxtı.az "Global Times" qəzetinə istinadən xəbər verir ki, Çin öz şirkətlərini qorumaq üçün hər cür addım atacağını bəyan edib.

Məlumata görə, Çin Avropa İttifaqına danışıqlara hazır olduğunu bildirərək tarifləri ləğv etməyə çağırıb. Aİ komissarı Valdis Dombrovskis və Çinin ticarət naziri Vanq Ventao arasında keçirilən görüşdən sonra hər iki tərəf tarif danışıqlarının yenidən müzakirə olunması ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, iyulun 4-də Çin istehsalı olan elektrikli avtomobillərə 38,1 faizə qədər müvəqqəti Aİ rüsumları tətbiq ediləcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR