• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Cənubi Koreyada zavodda YANĞIN - 20 ölü

DÜNYA

24 Iyun 2024 | 12:06

Cənubi Koreyada zavodda YANĞIN - 20 ölü

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Hvason şəhərində litium batareya zavodunda yanğın olub, ölənlər var.

Bakıvaxtı.az Yonhap agentliyinə istinadən xəbər verir ki, yanğın baş verən ərazidən 20-yə yaxın cəsəd tapılıb.

Yanğında itkin düşənlərdən 20 nəfərinin əcnəbi olduğu güman edilir.

    Qeyd olunub ki, gündəlik tam və yarım-ştat işçilərin siyahısı bəlli olmadığı üçün ölü sayı dəyişə bilər.

    Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda yerləşən litium batareya istehsalçısı "Aricell"in zavodunda yanğın yerli vaxtla səhər saat 10:30 radələrində başlayıb və yanğın saat 15:00-da tam nəzarət altına alınıb. Yanğınsöndürənlər alovun başlanmasından 4 saatdan çox vaxt keçdikdən sonra zavoda daxil olub və cəsədləri aşkar ediblər.APA


    SON XƏBƏRLƏR