• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Heç bir güzəşt olunmayacaq- Tural Əliyevdən bəzi QHT-lərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

24 Iyun 2024 | 13:49

Heç bir güzəşt olunmayacaq- Tural Əliyevdən bəzi QHT-lərə XƏBƏRDARLIQ

"Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir. Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq".

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu fikri Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.

“Xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq" deyən T.Əliyev qeyd edib ki, bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Onun sözlərinə görə, qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır:

"Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik”.

Bir sıra xarici dairələrin hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışdığını bildirən T.Əliyev əlavə edib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır.


SON XƏBƏRLƏR

21 Iyul 2024