• Bakı 26° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

10 milyonluq əmlakı üzərindən həbs götürüldü

HADİSƏ

24 Iyun 2024 | 12:23

10 milyonluq əmlakı üzərindən həbs götürüldü

Xəbər verdiyimiz kimi, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-icra başçısının iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakıda yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.


SON XƏBƏRLƏR