• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Quldurluğa cəhd göstərən şəxslər saxlanıldı

HADİSƏ

24 Iyul 2024 | 09:47 | Müəllif: Əli Hüseynov

Quldurluğa cəhd göstərən şəxslər saxlanıldı

Salyan rayonunda quldurluq etməyə hazırlaşan şəxslər saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar.

Bildirilib ki, onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

Araşdırmalar nəticəsində onların quldurluq əməli törətməyə hazırlaşdıqları bəlli olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026