• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təcili yardım maşınında tibb bacısını söydü, cərimələndi

HADİSƏ

22 Avqust 2024 | 16:32

Təcili yardım maşınında tibb bacısını söydü, cərimələndi

Daşkəsəndə tibb bacısına qarşı xuliqanlıq əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 20-də baş verib. 1985-ci il təvəllüdlü T.Manafov döş qəfəsindəki ağrılarla əlaqədar 103-ə müraciət edib. Əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs daha sonra Gəncədəki xəstəxanaya aparılaraq müayinə edilməsini istəyib. O, Təcili Tibbi Yardım stansiyasına məxsus avtomobillə Gəncəyə aparılarkən yolda avtomobildə olan tibb bacısı S.Hüseynovanın ünvanına təhqiramiz ifadələr işlədib.

Tibb işçisinin polisə müraciətindən sonra T.Manafov saxlanılıb. O, tibbi yardım avtomobili aşağı sürətlə hərəkət etdiyi üçün əsəbiləşdiyini və tibb bacısını söydüyünü deyib. Etdiyi əməldən peşmanlıq hissi keçirdiyini bildirib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqamlıq) maddəsi ilə protokol tərtib edilən T.Manafov Daşkəsən Rayon Məhkəməsinə göndərilib.

Məhkəməninin qərarı ilə o, 70 manat cərimə edilib və sərbəst buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026