• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İrandan külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

HADİSƏ

24 Iyul 2024 | 10:51

İrandan külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


İrandan külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026