Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 23-də ümumi çəkisi 6,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
















