• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Lənkəranda itkin düşən şəxsin meyiti tapıldı

CƏMİYYƏT

24 Iyun 2024 | 16:04

Lənkəranda itkin düşən şəxsin meyiti tapıldı

Lənkəranda 35 yaşlı kişi körpüdən yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 27.01.1989- cu il təvəllüdlü Lənkəran rayon Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oglunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

V.Rəhimovdan dünəndən xəbər yox imiş. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.

İlkin rəyə görə, V.Rəhimov ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Meyit müayinə olunmaq üçün MORQ-a təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR