• Bakı C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Boşanmaq da bir mədəniyyətdir- Rövşən Nəcəfov

CƏMİYYƏT

24 Iyul 2024 | 15:38

Boşanmaq da bir mədəniyyətdir- Rövşən Nəcəfov

“Evlilik kimi boşanmaq da bir mədəniyyətdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, cütlüklərin boşanması zamanı uşaqlardan istifadə edilməsi onlarda travma yaradacaq.

R.Nəcəfov bildirib ki, hər bir mübahisə uşağın düşüncəsində qalacaq və buna görə boşandıqdan sonra qeyri-sağlam mühit yaratmamağa çalışmaq lazımdır.

"Sevgi ilə qurulan ailələr böyük nifrətlə dağılır. Bu da ən çox uşaqlara təsir edir".

Psixoterapevt qeyd edib ki, gələcəkdə uşaqda təşviş, qayğı pozuntuları, asılılıqlar kimi halların olmaması üçün valideynlər boşanma prosesində diqqətli davranmalıdırlar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Yanvar 2025