• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Elvindən Ayaza: “Sənətdə məndən kiçikdir...”

MƏDƏNİYYƏT

24 Iyun 2024 | 12:42

Elvindən Ayaza: “Sənətdə məndən kiçikdir...”

“Mənim heç kimlə münasibətim pis deyil. Ayaz Babayevlə də hər şey qaydasındadır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elvin Babazadə “Maqazin plus” verilişinə müsahibəsində deyib.

O, həmkarı Ayaz Babayevlə barışdığını desə də, atmacasından da qalmayıb:

“Mən Ayazı dəstəkləyirəm. O, sənətdə məndən kiçikdir. Mən 12 ildir ki, oxuyuram. O, oxumayan zamanlarda məni dəstəkləyirdi. Bunu ifadə də edib. Mən də hər zaman onu dəstəkləmişəm”.

Xatırladaq ki, Elvin Babazadə və Ayaz Babayev arasında uzun zamandır soyuq küləklər əsir. Bir müddət öncə Elvin Babazadə Ayaz Babayevin “Altın kelebek” mükafatına layiq görülməsindən danışarkən, “Altın kelebeyi” almaq üçün altınlarımı satmalıyam”, - deyə açıqlama verib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR