• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib - Vüqar Süleymanov

GÜNDƏM

24 Iyun 2024 | 11:09

Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib - Vüqar Süleymanov

10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.

    O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır".

    V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.

    Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: "Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbrstanlıqlar, evlər minalanmışdı”.

    O qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026