• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

"Füzuli"də yeni baş məşqçi

İDMAN

15 Iyun 2024 | 12:28

Füzulidə yeni baş məşqçi

Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca əyalət təmsilçisini çalışdıracaq.

UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarında fəaiyyət göstərib.

Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.


SON XƏBƏRLƏR