• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

AVRO-2024: İspaniya Avropa çempionu oldu -YENİLƏNİB

İDMAN

15 Iyul 2024 | 00:58

AVRO-2024: İspaniya Avropa çempionu oldu -YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu adını qazanıb.

Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.

 

00:50

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasında Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1. Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb - 2:1.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

 

00:40

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasında isə Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

00:10

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

00:02

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

23:51

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

 

23:00

Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə milliləri arasında final matçına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.


SON XƏBƏRLƏR

02 Iyul 2025