• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Formula"ya görə bu yolda hərəkət məhdudlaşdırılır

İDMAN

13 Avqust 2024 | 22:40 | Müəllif: Subhan Mahmudov

"Formula"ya görə bu yolda hərəkət məhdudlaşdırılır

Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

Məhdudiyyətlər avqustun 13-dən 16-dək gecə saat 23:00-dan səhər saat 06:00-a qədər davam edəcək.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026