• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Millimiz Türkiyə ilə heç-heçə etdi

İDMAN

12 Sentyabr 2024 | 18:28 | Müəllif: Subhan Mahmudov

Millimiz Türkiyə ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Millimiz oyunu bu heyətlə keçirib: Rauf Əyyubov, İbrahim Xəlilov, Zeyd Nəsirulla (Elnur Abdullayev, 74), Fərid Cabbarlı, Həzrət Səmədov, Murad Qurbanov, Vüsal Kərimov, Əli Qazibəyov, İbrahim Babayev, Əli İbrahim (Rəvan Teymurov, 74), İslam Həsənov (Əbdüləziz Cabbarlı, 74).

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da oynanılmış ilk matçda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026