• Bakı 22° C

    2.99 m/s

Amerika Kubokunun ən yaxşı futbolçusu seçildi

İDMAN

15 Iyul 2024 | 09:55

Amerika Kubokunun ən yaxşı futbolçusu seçildi

ABŞ-də təşkil olunan Amerika Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.

Bakıvaxtı.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mükafata Kolumbiya millisinin üzvü Xames Rodriges layiq görülüb.

33 yaşlı yarımmüdafiəçi turnir ərzində meydana çıxdığı 6 matçda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Amerika Kubokunun finalında Kolumbiya millisi Argentinaya (0:1) məğlub olub. X.Rodriges meydana start heyətində daxil olub və əlavə vaxtın əvvəlində əvəzlənib.

Yarımmüdafiəçi 2023-cü ilin yayından Braziliyanın “San Paulu” klubunda çıxış edir. O, karyerası ərzində “Olimpiakos” (Yunanıstan), “Əl-Rayyan” (Qətər), “Everton” (İngiltərə), “Bavariya” (Almaniya), "Real" (İspaniya), “Monako” (Fransa), “Portu” (Portuqaliya), “Banfild” (Argentina) və “Enviqado” (Kolumbiya) klublarında çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026