• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

 "Qarabağ" rekorda imza atıb

İDMAN

14 Avqust 2024 | 01:36 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" rekorda imza atıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın "Ludoqorets" kollektivini 7:2 hesabı ilə məğlub edən "Qarabağ" yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi bu nəticə ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Buna qədər "köhlən atlar"ın Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr "Samtredia” (Gürcüstan) və "Linkoln" (Cəbəllütariq) ilə matçlarda qeydə alınmışdı - 5:0. Hər iki qarşılaşma Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.

"Ludoqorets" üzərində qazanılan qalibiyyət həmçinin "Qarabağ"ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 13 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Latviyanın "Banqa" klubunu 4:0 hesabı ilə üstələyərək ilki gerçəkləşdirmişdi.

Qeyd edək ki, "Ludoqorets"i mübarizədən kənarlaşdıran "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026