• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ"ın futbolçusu: Bu komandaya hörmət edin

İDMAN

14 Avqust 2024 | 09:53

"Qarabağ"ın futbolçusu: Bu komandaya hörmət edin

"Qarabağ"ın futbolçusu Kevin Medina Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

Bakıvaxtı.az xəbər veriir ki, 31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.

Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu "Bu komandaya hörmət edin" yazıb.

Qeyd edək ki, "Ludoqorets" Bakıdakı ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.


"Qarabağ"ın futbolçusu: Bu komandaya hörmət edin
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026