Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixinin əsas rekordlarından birini yeniləyib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Messi peşəkar karyerasında 45-ci kubokunu qazanıb.
Belə ki, 37 yaşlı kapitan buna komandasının minimal hesablı 1:0 hesabı ilə qalib gəldiyi 2024-cü il Amerika Kubokunun Kolumbiya ilə final oyunundan sonra nail olub.
Qeyd edək ki, bu göstəriciyə görə ikinci pillədə qərarlaşan braziliyalı Dani Alveşin aktivində 43 kubok var.
Mina Mikayılova