• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Argentina millisi Amerika Kubokunun qalibi oldu

İDMAN

15 Iyul 2024 | 08:49

Argentina millisi Amerika Kubokunun qalibi oldu

Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, final oyununda Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə turnirdə çempion olub.

Matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. "Tanqoçular"ın qələbə qoluna 112-ci dəqiqədə Lautaro Martines imza atıb.

Qeyd edək ki, UEFA və CONMEBOL arasındakı razılığa əsasən, Avropa çempionatı və Amerika Kubokunun qalibləri (müvafiq olaraq İspaniya və Argentina) Finalissimoda üz-üzə gələcəklər. Qarşılaşma 2025-ci ildə keçiriləcək.


SON XƏBƏRLƏR

14 Iyul 2025