• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

AVRO-2024:İtaliya Albaniyanı məğlub etdi - YENİLƏNİB 

İDMAN

16 Iyun 2024 | 01:00

AVRO-2024:İtaliya Albaniyanı məğlub etdi - YENİLƏNİB 

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir görüş baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.

Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella təyin edib.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

 

***00:07

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə ikinci hissə start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, ilk hissədən sonra İtaliya 2:1 hesabı ilə öndədir.

Qeyd edək ki, bu qrupun ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

***23:48

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə birinci hissə başa çatıb.

Bakıvaxtı.az  xəbər verir ki, Lusiano Spalettinin rəhbərlik etdiyi yığma fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

 

***23:20

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni İtaliya millisinin bərabərlik qolunu vurub.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

***23:03

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə erkən qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 1-ci dəqiqədə fərqlənən Nedim Bayrami albanları hesabda önə çıxarıb.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

 

***23:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, "Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı almaniyalı baş hakim Feliks Çvayer idarə edir.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.


SON XƏBƏRLƏR