• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - RƏSMİ AÇIQLAMA

İDMAN

15 Iyul 2024 | 20:04 | Müəllif: Subhan Mahmudov

Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qafqazinfo-ya açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026