“Neftçi” PFK-nın ölkə çempionatında "Sabah" və "Şamaxı"yla baş tutacaq oyunlarının yeri dəyişdirilib.
Bakıvaxtı.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da, 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq.
İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.
Bu qərara səbəb klubun stadionunun təmirə bağlanması olub.
Əli Hüseynov
















