• Bakı C

    13.72 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Karvahal "Real"la müqavilə müddətini uzatmaq istəyir

İDMAN

13 Sentyabr 2024 | 12:10

Karvahal Realla müqavilə müddətini uzatmaq istəyir

İspaniyanın "Real" klubunun müdafiəçisi Dani Karvahal Madrid təmsilçisi ilə müqavilə müddətini uzatmaq istədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

32 yaşlı futbolçu heç bir Avropa klubunda oynamaq istəmədiyini və rəhbərliyin də razılaşacağı təqdirdə müqavilə müddətini uzatmaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, İspaniya yığmasının üzvü 2013-cü ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

24 Dekabr 2025