q
  • Bakı 18° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Taekvondoçularımız beynəlxalq yarışda uğur qazanıb

İDMAN

14 Avqust 2024 | 14:06

Taekvondoçularımız beynəlxalq yarışda uğur qazanıb

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.

Bakıvaxtı.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.

Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.

Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.


SON XƏBƏRLƏR