• Bakı 23° C

    6.99 m/s

Türkiyədə aprel ayında 75 569 ev satılıb

İQTİSADİYYAT

17 May 2024 | 15:08 | Müəllif: Gülşən Şərif

Türkiyədə aprel ayında 75 569 ev satılıb

Türkiyədə ev satışlarının sayı aprel ayında əvvəlki ayla müqayisədə 11,8 faiz azalıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Statistika Təşkilatı aprel ayı üzrə mənzil satışı statistikasını açıqlayıb.

Statistikaya görə, Türkiyə daxilində birinci əldən ev satışlarının sayı aprel ayında əvvəlki ayla müqayisədə 10,6 faiz azalaraq 24 085-ə çatıb. Birinci əldən ev satışının ümumi ev satışlarında payı 31,9 faiz təşkil edib. İkinci əl ev satışları isə 12,3 azalaraq 51 484 olub. yüksəldi. İkinci əl ev satışlarının ümumi ev satışlarında payı 68,1 faiz təşkil edib. 

Qeyd olunub ki, əcnəbilərə mənzil satışı ötən ilin aprel ayı ilə müqayisədə 50,3 faiz azalaraq 1272-yə çatıb.

Əcnəbilərə satılan ev siyahısına 293 nəfərlə Rusiya, 117 nəfərlə İran vətəndaşı və 91 nəfərlə Ukrayna vətəndaşları daxildir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026