2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda 792 kq qızıl, 1363 kq isə gümüş istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7%, gümüş istehsalı isə 24% azalıb.
Qeyd edək ki, 2024-cü il iyun ayının 1-nə Azərbaycanda gümüş və qızılın hazır məhsul ehtiyatı müvafiq olaraq 684.2 kq və 204.5 kq təşkil edib.