• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlandı

İQTİSADİYYAT

13 Iyul 2024 | 17:32

Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlandı

Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Özbəkistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalaraq 172,3 milyon dollara çatdırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyənin Özbəkistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,3 faiz azalaraq, 29 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.

"2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.


SON XƏBƏRLƏR

14 Iyul 2025