İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” ittihamı ilə istintaq başladılıb.
Bakıvaxt.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
İddialara görə, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında, ictimaiyyətdə “mənfəət məqsədli cinayət təşkilatı” işi kimi tanınan dosyada çalışan məhkəmə nümayəndələrinə ünvanlanaraq belə deyib:
“Bu işdə tək cinayət təşkilatı var, o da ittiham tərəfidir”.
Bu ifadələr məhkəmə nümayəndələrinə yönəldiyi üçün “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” çərçivəsində qiymətləndirildiyi və buna görə də istintaqın başladıldığı qeyd olunur.
Zeynəb Rzayeva
Bakı 




