Rumıniya hökuməti hərbi texnikanın alınması və müdafiə sənayesinin inkişafı üçün ABŞ-dan 2 milyard dollara qədər kredit istəmək niyyətindədir.
Bakıvaxtı.az bildirir ki, bu barədə Rumıniya hökumətdəki mənbələr məlumat yayıb.
Qeyd olunub ki, gələn həftə Rumıniya hökuməti Vaşinqtona niyyət məktubu göndərəcək və orada 2 milyard dollara qədər kredit almaq istəyini ifadə edəcək.
















