• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bakıda içki istehsalı artıb

İQTİSADİYYAT

10 Avqust 2024 | 17:31 | Müəllif: Gülşən Şərif

Bakıda içki istehsalı artıb

Paytaxtın emal sənayesində cari ilin yanvar-iyun aylarında 5 milyard 355 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bakıvaxtı.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1002,5 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 26,8 faiz, içki istehsalı 9,6 faiz artıb, tütün məmulatlarının istehsalı isə 24,4 faiz azalıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 0,1 faiz azalıb, pendir və kəsmik istehsalı isə 2,2 dəfə artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026