• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Hər üç elektrikli avtomobildən biri "Togg"dur

İQTİSADİYYAT

09 Sentyabr 2024 | 10:45

Hər üç elektrikli avtomobildən biri Toggdur

Bu ilin 8 aylıq dövründə 14 849 satış və 31,57 faiz bazar payı ilə Türkiyə elektrikli avtomobil bazarında birinci olub.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatında yer alıb.

Məlumata görə, Türkiyənin avtomobil və yüngül ticari vasitələrin cəmi satışları yanvar-avqust dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 artaraq 762 152 ədədə çatıb. Sözügedən dövrdə avtomobil satışları 3 faiz artaraq 605 639, yüngül ticari vasitə satışları 9,5 faiz azalaraq 156  513-ə çatıb.

Yanvar-avqust dövründə tam elektrikli avtomobil satışlarının sayı 94,7 faiz artaraq 47032-yə çatıb. Ümumi satışlarda tam elektriklə işləyən avtomobillərin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faizdən 7,8 faizə, hibrid avtomobillərin payı isə 10,5 faizdən 15,7 faizə yüksəlib.

İlin 8 aylıq dövründə 14 849 ədəd satışla "Togg" ən yaxın rəqibini 10 004 ədəd geridə qoyub. Bu dövrdə "Togg"un elektrikli avtomobil bazar payı  31,57 faiz artıb. Beləliklə, satılan hər üç elektrikli avtomobildən birində "Togg" loqosu olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR