• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Rusiyada azad iqtisadi zonalar yaradılacaq

İQTİSADİYYAT

08 Oktyabr 2024 | 12:39

Rusiyada azad iqtisadi zonalar yaradılacaq

Rusiya hökuməti Belqorod, Bryansk və Kursk vilayətlərinin müəyyən ərazilərində azad iqtisadi zona (AİZ) rejiminin tətbiqinə dair qətnaməni təsdiqləyib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, AİZ-in iştirakçıları gəlir vergisi, əmlak vergisi üzrə güzəştlərdən istifadə edə və azaldılmış sığorta haqlarını ödəyə biləcəklər. Bu cür güzəştlər sahibkarlara maliyyə xərclərini azaltmağa, istehsal həcmini artırmağa, mövcud iş yerlərini saxlamağa və yeni iş yerləri yaratmağa imkan verəcək. 

Bundan başqa, AİZ rejiminin tətbiqi sayəsində vətəndaşlar zəruri mal və xidmətlərlə təmin olunacaqlar.

Qeyd edək ki, AİZ rejiminin sərhədyanı rayonlara da şamil edilməsi haqqında qanun iyun ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR