• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Yaponiya Bankı uçot dərəcəsini dəyişmədi

İQTİSADİYYAT

14 Iyun 2024 | 14:11

Yaponiya Bankı uçot dərəcəsini dəyişmədi

Yaponiya Bankı siyasət faizini dəyişməyərək 0-0,1 faiz arasında saxlayıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu qərar bankın pul siyasətinə dair keçirilən iclasından sonra açıqlanıb.

Açıqlamada bildirilib ki, ölkə iqtisadiyyatının bəzi hissələri zəif qalsa da, qismən bərpa olunub. Korporativ mənfəətin artması ilə şirkətlərin əsas investisiyalarında artım tendensiyası müşahidə olunub.

Qeyd edilib ki, artıma rəğmən ölkənin xarici iqtisadi fəaliyyəti, əmtəə qiymətləri, yerli şirkətlərin xərcləri və qiymət təyinetmə ilə bağlı vəziyyətdə qeyri-müəyyənliklər yüksək səviyyədə qalmaqdadır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR